Saytımızı qiymətləndirin


 
 

Qırmızı Xaçdan azərbaycanlı itkinlərlə bağlı AÇIQLAMA
Tarix: 30-08-2023 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Qırmızı Xaçdan azərbaycanlı itkinlərlə bağlı AÇIQLAMA

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi 30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı açıqlama verib.

Qarabaqinfo.az-ın məlumatına görə, nümayəndəliyin açıqlamasında deyilir:

“Münaqişə ilə bağlı Azərbaycanda hələ də 3800-dən çox itkin düşmüş insan var. Onların on minlərlə ailə üzvü isə doğmalarının taleyini bilməməyin ağrısı ilə yaşayır.
 

Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil vermişik.
 

Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər