Ana Sayfa > Karusel / Gündəm > Qırmızı Xaçdan azərbaycanlı itkinlərlə bağlı AÇIQLAMA
Qırmızı Xaçdan azərbaycanlı itkinlərlə bağlı AÇIQLAMA30-08-2023, 17:03. Yazar: Admin |
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi 30 avqust Beynəlxalq İtkinlər Günü ilə bağlı açıqlama verib. Fəaliyyət göstərdiyimiz illər ərzində itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 11000-ə yaxın bioloji istinad nümunəsi toplayaraq Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına təhvil vermişik. Həmçinin, biz, ehtimal edilən məzarlıqlar haqqında məlumatları əlaqədar qurumlarla bölüşmüşük və 3 rayonda aparılmış ekshumasiya layihələrinə texniki tövsiyələrimizi verməklə və müxtəlif ləvazimatları ianə etməklə dəstək göstərmişik”. Geri dön |