Saytımızı qiymətləndirin


 
 

Milli kimliyin kamil qadın obrazı
Tarix: 25-08-2023 | Saat: 17:25
Bölmə:Karusel / Mədəniyyət | çapa göndər

 

Milli kimliyin kamil qadın obrazı

Azərbaycan xalqının dünya tarixində öz mental xüsusiyyətləri ilə tutduğu üstün mövqedə qadın amili də mühüm rol oynayır. Tarixən həm ailədə, həm də dövlət idarəçiliyində yaxından iştirak edən Azərbaycan qadınının zərifliyini onun dərin zəkası və möhkəm iradəsi tamamlayıb. Bütün zamanlarda qadınlarımız Vətənin dar günündə, düşmənlə açıq savaşda da döyüş meydanında kişilərə arxa-dayaq olublar. El-obada ağbirçək öyüdü ağsaqqal nəsihəti ilə qoşa səslənib. Hökmdar qadınlar silsiləsi tarixdə bu ali keyfiyyətlərin üzərində sıralanıb.

  
Məhz bu səbəbdəndir ki, Azərbaycan 1918-ci ildə müstəqilliyini bərpa edib insanların seçib-seçilmək haqqına meydan açanda qadınlara da kişilərlə bərabər hüquq təmin edildi. Bu, sonralar  Qərb demokratiyasına örnək olmuş tarixi bir addım idi. Müasir dünya düzəninin şərtləri altında da Azərbaycan qadınları öz tarixi ənənələrini qoruyaraq həyatın bütün sahələrində öncüllüyü ilə seçilir. Bu gün Azərbaycan adını dünya səviyyəsində ucaldan bu tarixi varisliyin ən layiqli örnəyi  birinci xanım Mehriban Əliyevadır.

  
Mehriban xanım hər şeydən öncə, müasir dövr üçün Azərbaycan qadınının ali özünütəqdimi, ideal obrazıdır. Bütün üstün keyfiyyətləri ilə Mehriban Əliyeva  bugünkü sosial, siyasi, humanitar dünya üçün kamil qadın nümunəsi, bəşəri mərhəmət, alicənablıq və xeyirxahlıq rəmzidir.


Heydər Əliyev Fondunun rəhbəri kimi ictimai, Birinci vitse - prezident olaraq siyasi fəaliyyəti ilə  Mehriban Əliyeva zaman-zaman Azərbaycan cəmiyyətinə başçılıq etmiş qadın liderlərin sırasını ən yüksək səviyyədə tamamlayır. O, dünya qadın liderlərin cərgəsində də milli və və bəşəri dəyərləri mükəmməl təcəssüm etdirən şəxsiyyət kimi tanınır.

 
"Dəmir ledi" kimi tanınmış  Marqarita Tetçer  idarəçilik sistemdə özünəməxsus şəkildə Avropaya və eləcə də dünyaya yeni ingilis hegemonluğu aşılamaq fikrində idisə, “Zərif ledi” kimi məşhurlaşmış Mehriban xanımın iddiası isə  bəşəriyyəti bəlalardan qorumaq, beynəlxalq aləmə yeni humanizm dalğası yaymaqdır.

 
Başqa bir nümunədə də Mehriban xanım şəfqət, mərhəmət, ləyaqət anlayışlarına yeni məzmun və yön gətirməsi ilə fərqlənir. Ölkəsinin qapılarını  qaçqın və köçkünlərin üzünə açan İndira Qandi bu xoş niyyətinə görə ölkəsində və beynəlxalq aləmdə nüfuzunu artırdı, bütün təhdidlərə rəğmən Hindistanı nüvə dövlətinə çevirdi. Mehriban xanım Əliyeva isə nüvə silahından daha güclü, insanlıq üçün daha vacib olan bir dəyər – hamı və hər kəs üçün nicat fəlsəfəsini insanlığın fəzasına qanadlandırdı. Azərbaycanın birinci xanımı çoxcəhətli humanitar fəaliyyəti ilə sübut etdi ki, dünyanı siyasi hegemonluq və hərbi güc deyil, yalnız barış, mərhəmət və sevgi xilas edəcək.  Bu inanc Mehriban xanımın həyat prinsipidir!



Xəbəri paylaş

1379 dəfə oxunub.

Digər xəbərlər