Saytımızı qiymətləndirin


 
 

Ermənistan və Azərbaycan rəsmiləri arasında görüş nə vaxt olacaq?
Tarix: 15-08-2023 | Saat: 12:06
Bölmə:Karusel / Dünya | çapa göndər

Ermənistan və Azərbaycan rəsmiləri arasında görüş nə vaxt olacaq?

Ermənistanla Azərbaycan arasında danışıqların növbəti raundu sentyabrda keçirilə bilər.

 

Qarabaqinfo.azxəbər verir ki, bu barədə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib.

 

O, danışıqların hansı səviyyədə və dəqiq nə vaxt keçiriləcəyini açıqlamayıb..

 

Marukyan iki ölkə arasında sülh müqaviləsi barədə danışıqların sonuncu dəfə iyulun 25-i Moskvada Ermənistan və Azərbaycan XİN rəhbərlərinin iştirakı ilə baş tutduğunu xatırladıb.

 

Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunub. Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, Azərbaycan tərəfindən regionda sülh və təhlükəsizliyin bərqərar olunması istiqamətində atılan addımlar əleyhinə Ermənistan tərəfindən törədilən hədə və qeyri-qanuni fəaliyyətlər, habelə təyyarələrin uçuşuna törədilən maneələr daxil, hərbi təxribatlar barədə ölkəmizin mövqeyini diqqətə çatdırıb.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sonuncu görüş iyulda baş tutub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutan görüş zamanı liderlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətlərini, sərhədlərin delimitasiyası üçün siyasi çərçivə kimi Almatı Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər. Tərəflər, həmçinin delimitisiya məsələsi ilə məşğul olan sərhəd komissiyaların işini sürətləndirmək barədə razılığa gəliblər. Şarl Mişel mətbuata açıqlamasında danışıqların müsbət keçdiyini deyib. 



Xəbəri paylaş

1121 dəfə oxunub.

Digər xəbərlər