Koronavirusa yoluxanların sayı 80% artıb, ölənlərin sayı azalıb
Tarix: 11-08-2023 | Saat: 15:08
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
1585 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 11-08-2023 | Saat: 15:08
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində bildirilir.
Qeyd olunur ki, son 28 gün ərzində koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 57% azalıb.
Dünya üzrə iyulun 10-dan avqustun 6-dək COVID-19-a təxminən 1,5 milyon yeni yoluxma qeydə alınıb və infeksiya nəticəsində 2,5 mindən çox insan həyatını itirib. 28 gün ərzində 234 ölkədən 103-ü (44%) ÜST-ə COVID-19 yoluxmaları barədə məlumat verib.
6 avqust 2023-cü il tarixinə olan məlumata əsasən, bütün dünyada 769 milyondan çox yoluxma və 6,9 milyondan çox ölüm qeydə alınıb.
Xəbəri paylaş
Digər xəbərlər
24-11-2025, 08:23
Tramp: ABŞ “Müsəlman qardaşları” hərəkatını terror təşkilatları siyahısına daxil edəcək
23-08-2021, 14:44
"Krımın işğalını tanımayacağıq" - Çavuşoğlu
20-07-2022, 14:35
Yelena Zelenskaya ilə Co Bayden görüşdülər – FOTO
2-02-2018, 15:22
Təhsil haqqını ödəyə bilməyən tələbələrin DİQQƏTİNƏ!
9-09-2021, 13:32
Qarabağdakı sülhməramlılara yeni komandir təyin olundu - RƏSMİ
30-07-2022, 11:59
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır” - Qriqoryan
19-04-2022, 13:37
DSX Füzulidə 8 kq narkotik aşkarladı
14-05-2022, 17:03
Aİ-Azərbaycan Enerji Anlaşma Memorandumu ilə bağlı müzakirə aparılıb














