Ana Sayfa > Karusel / Səhiyyə > Koronavirusa yoluxanların sayı 80% artıb, ölənlərin sayı azalıb

Koronavirusa yoluxanların sayı 80% artıb, ölənlərin sayı azalıb


11-08-2023, 15:08. Yazar: Admin

Koronavirusa yoluxanların sayı 80% artıb, ölənlərin sayı azalıb

 

İyulun 10-dan avqustun 6-dək qeydə alınan COVID-19-a yoluxanların sayı əvvəlki 28 günlə müqayisədə 80% artıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik epidemioloji xülasəsində bildirilir.

 

Qeyd olunur ki, son 28 gün ərzində koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 57% azalıb.

 

Dünya üzrə iyulun 10-dan avqustun 6-dək COVID-19-a təxminən 1,5 milyon yeni yoluxma qeydə alınıb və infeksiya nəticəsində 2,5 mindən çox insan həyatını itirib. 28 gün ərzində 234 ölkədən 103-ü (44%) ÜST-ə  COVID-19 yoluxmaları barədə məlumat verib.

 

6 avqust 2023-cü il tarixinə olan məlumata əsasən, bütün dünyada 769 milyondan çox yoluxma və 6,9 milyondan çox ölüm qeydə alınıb.


Geri dön