Saytımızı qiymətləndirin


 
 

II qrup abituriyentlərin nəzərinə: 290 baldan yuxarı nəticə göstərənlər...
Tarix: 11-08-2023 | Saat: 13:01
Bölmə:Karusel / Təhsil | çapa göndər

II qrup abituriyentlərin nəzərinə: 290 baldan yuxarı nəticə göstərənlər...

 

II ixtisas qrupu üzrə plan yerlərinin sayı açıqlanıb.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə məlumat verib.

 

O bildirib ki, II qrupda Azərbaycan bölməsi üzrə 299 ixtisas və 10 190 yer təqdim olunur.

 

"Rus bölməsi üzrə isə 20 ixtisas və 555 yer plan yeri təsdiqlənib. Həmçinin II qrupda 84 ixtisas var ki, orada müsabiqə birgə aparılır. Bu ixtisaslara verilən plan yerləri 2540-dır. Ötən illə müqayisədə plan yerləri artıb və bu səbəbdən müsabiqə vəziyyəti aşağı düşə bilər", - o deyib.

 

DİM sədri qeyd edib ki, II qrupda 200 yox, 150 baldan yuxarı nəticə göstərənlər abituriyentlər marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili üzrə yerlərə sənəd verə bilərlər: "Belə yerlərin sayı 4760-dır. Müsabiqəyə isə 6 min 803 nəfər buraxılıb. II qrupda ümumi plan yerləri 13 min 285-dir. Ümumi müqayisədə hər müsabiqəyə buraxılan şəxs üçün ən azı 2 yer var".

 

Məleykə Abbaszadənin sözlərinə görə, II qrupda dövlət sifarişli yerlərin sayı 4 325-dir.

 

"Dövlət sifarişli yerlərə 300 baldan yuxarı nəticə göstərən 4 126 nəfər var. 290 baldan yuxarı nəticə göstərən insanların dövlət sifarişli yerlərdə ödənişsiz təhsil almaq imkanı olacaq. Bu, yalnız II qrupa aiddir. Çünki burada belə müsabiqə vəziyyəti yaranıb", - DİM sədri bildirib.



Xəbəri paylaş

1221 dəfə oxunub.

Digər xəbərlər