Saytımızı qiymətləndirin


 
 

10 məktəbdə inklüziv siniflər təşkil ediləcək
Tarix: 28-07-2022 | Saat: 14:03
Bölmə:Karusel / Təhsil | çapa göndər

10 məktəbdə inklüziv siniflər təşkil ediləcək

Təhsil naziri Emin Əmrullayev “İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, əmrə əsasən, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər