Saytımızı qiymətləndirin


 
 

Sumqayıtda 16 nəfəri gün vurdu
Tarix: 11-08-2023 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sumqayıtda 16 nəfəri gün vurdu

 

Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.

 

Qarabaqinfo.az xəbər verir ki, Sumqayıt şəhərində iyul ayı ərzində 16 nəfər günvurma və istivurma ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib.

 

Verilən məlumata görə, 15 nəfər Sumqayıt ərazisindən, 1 nəfər isə Novxanı kəndi ərazisindən müraciət daxil olub. Onlardan 8-i qadın, 8-i kişi, 10 nəfəri böyük, 6-sı uşaq olub. Xəstələrə lazımi tibbi yardım göstərilib.

 

Müraciət edən böyüklərdən 5 nəfəri Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Uşaqlardan biri Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına, digəri isə Novxanı bağlarındakı təcili yardım briqadası tərəfindən Bakı şəhər 2 saylı Uşaq xəstəxanasına hospitalizasiya olunub.

 

Son günlərdə isə 1 nəfər uşağı günvurması ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət olunub. Lazımi tibbi yardım göstərilib.

 

Həkimlər şəhər əhalisinə məsləhət görür ki, günəş şüasının intensiv vaxtlarında, yəni 14:00-dan 16:00-dək gün altına çıxmasınlar, yüngül geyimlərdən istifadə etsinlər, bol meyvə-tərəvəz, sərin şirələr və maye qəbul etsinlər.



Xəbəri paylaş

1120 dəfə oxunub.

Digər xəbərlər