Saytımızı qiymətləndirin


 
 

“Rusiya və Belarus sərhədlərinin yaxınlığında 360 min hərbçi yerləşdirilib”- ŞOYQU
Tarix: 09-08-2023 | Saat: 15:26
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın qərb və şimal-qərb strateji istiqamətlərində hərbi təhlükəsizliyinə təhdidlər hədsiz dərəcədə artıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, sabitliyi pozan ən ciddi amil Finlandiyanın, gələcəkdə isə İsveçin NATO-ya daxil olması olub.

“Çox güman ki, Finlandiya ərazisinə Rusiyanın şimal-qərbindəki kritik hədəfləri xeyli dərinlikdə vura bilən əlavə hərbi kontingentlər və NATO-nun zərbə silahları yerləşdiriləcək”, – nazir bildirib.

Şoyqu qeyd edib ki, Rusiya və Belarus sərhədlərinin yaxınlığında 360 minə yaxın hərbi qulluqçu, 8 min zirehli texnika, 650 NATO təyyarəsi və helikopteri yerləşdirilib.



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər