Saytımızı qiymətləndirin


 
 

Ukrayna Almaniyanın vəd etdiyi tankların 90 faizini almayıb- “Welt
Tarix: 05-08-2023 | Saat: 14:53
Bölmə:Karusel / Siyasət | çapa göndər

Almaniya kansleri Olaf Şoltsun yazda vəd etdiyi 2,4 milyard avroluq paketdən Ukraynaya demək olar ki, heç bir silah göndərməyib.

Qarabaginfo.az xəbər verir ki, “Welt” bunu hökumətin saytında tədarüklərin siyahısına istinadən yazıb.

Şolts yeni tranşı mayın 14-də Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı açıqlayıb. Ən qısa zamanda silahların çatdırılacağı vəd edilib, lakin bu günə qədər Ukrayna çox az şey alıb.

Ukrayna prezidenti Vladimir Zelenskinin səfərindən bir həftə sonra əks-hücum üçün Kiyevin təcili ehtiyac duyduğu silahlar siyahıya alınıb.

Həmçinin, Ukrayna 4 IRIS-T raketdən müdafiə sistemini hələ almayıb. May ayından bəri 20 “Marder” zirehli texnikasından biri də göndərilməyib. Artilleriya sursatları ilə bağlı vəziyyət oxşardır.



Xəbəri paylaş

1107 dəfə oxunub.

Digər xəbərlər
12-12-2022, 16:02 Lerikdə zəlzələ oldu