Saytımızı qiymətləndirin


 
 

Əli İnsanov Ədliyyə Nazirliyindən cavab gözləyir
Tarix: 03-08-2023 | Saat: 11:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

Əli İnsanov Ədliyyə Nazirliyindən cavab gözləyir

 

Haqq Ədalət Partiyası qeydiyyat üçün müraciət etdiyi Ədliyyə Nazirliyindən hələ cavab almayıb.

 

Bu barədə Qarabaginfo.az-a Haqq Ədalət Partiyasının mətbuat xidmətindən məlumat verilib.

 

“Haqq Ədalət Partiyası tələb olunduğu kimi, yenidən qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib. Siyahıda tələb olunan sayda üzv təqdim etmişik. Hələ heç bir cavab gəlməyib. Gözləyirik”, - partiyadan bildirilib.

 

Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

 

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

 

Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid və Ədalət partiyaları da var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər