Saytımızı qiymətləndirin


 
 

Polşa səfiri Ukrayna XİN-ə çağırılıb
Tarix: 01-08-2023 | Saat: 16:47
Bölmə:Karusel | çapa göndər

Polşa səfiri Ukrayna XİN-ə çağırılıb

Polşanın Kiyevdəki səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko məlumat verib.

Bu addımın atılmasına səbəb kimi, Polşa Prezidentinin beynəlxalq məsələlər üzrə rəsmi nümayəndəsi Marçin Pşidaçın səsləndirdiyi fikirlər göstərilib. Belə ki, Pşidaçın sözlərinə görə, Ukrayna Polşadan xeyli sayda yardım alıb və yaxşı olardı ki, son dövrdə ölkəsinin Ukrayna üçün oynadığı rol Kiyev tərəfindən qiymətləndirilsin. O həmçinin Ukraynanı nankorluqda ittiham edib.

Ukrayna XİN isə öz növbəsində səfirə bildirib ki, ukraynalıların Polşaya qarşı guya nankorluq etmələri barədə bəyanatlar həqiqətə uyğun deyil və qəbuledilməzdir.

Polşa səfirinin diqqətinə o da çatdırılıb ki, Ukrayna-Polşa dostluğunun dərin kökləri var və heç bir bəyanat Kiyevlə Varşavanın Avropada birlikdə gələcək qurmasına mane olmayacaq.



Xəbəri paylaş

103 dəfə oxunub.

Digər xəbərlər
10-05-2022, 10:48 Moskvada xəstəxana yandı