Saytımızı qiymətləndirin


 
 

SU-30-ların alınması üçün büdcədən bir qəpik də xərclənməyib - Tonoyan
Tarix: 01-08-2023 | Saat: 15:49
Bölmə:Karusel | çapa göndər

SU-30-ların alınması üçün büdcədən bir qəpik də xərclənməyib - Tonoyan

 

SU-30-ların alındıqdan sonra döyüşə hazır olması və çəkindirmə funksiyasından əlavə hücum imkanlarını nümayiş etdirə bilməsi üçün vaxt lazım idi.


Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan 44 günlük Qarabağ müharibəsini araşdıran parlament komissiyasının iclasında deyib. 


Keçmiş müdafiə naziri SU-30-ların həmin vaxtı əməliyyatlarda istifadə olunması üçün hazır olmadığını bildirib.


“SU-30-lar Ermənistan sərhədlərini və zenit müdafiəsini gücləndirmək üçün alınıb. Hərbi texnikanın alınması üçün maliyyə vəsaitinə toxunaraq deyə bilərəm ki, dövlət büdcəsindən bir qəpik də xərclənməyib, qanunla qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilib. Söhbət konkret hansı mənbələrdən gedir, mən bu barədə qapalı iclasda çıxış edəcəyəm”, - Tonoyan əlavə edib.



Xəbəri paylaş

123 dəfə oxunub.

Digər xəbərlər