Saytımızı qiymətləndirin


 
 

Mədəniyyət Nazirliyinin 4500-ə yaxın müəssisəsində monitorinq aparılır
Tarix: 01-08-2023 | Saat: 11:51
Bölmə:Karusel | çapa göndər

Mədəniyyət Nazirliyinin 4500-ə yaxın müəssisəsində monitorinq aparılır

Mədəniyyət Nazirliyi tərəfindən ölkə ərazisindəki mədəniyyət müəssisələrinin sistemli monitorinqi prosesinə başlanılıb.

Nazirlikdən Qarabaginfo.az-a verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidentinin 23 fevral 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin yenidən təşkil edilməsinin ardınca, ölkə ərazisindəki mədəniyyət müəssisələrinin mövcud vəziyyətinin hərtərəfli qiymətləndirilməsi, qəzalı, yararsız və fəaliyyətsiz müəssisələrin müəyyən edilməsi, bu istiqamətdə məlumatların sistemləşdirilməsi məqsədilə səyyar monitorinq qrupları təşkil edilib və bölgələrə ezam olunub.

Qeyd edilib ki, monitorinq prosesi ölkənin bütün ərazisi üzrə 64 rayonu əhatə etməklə 4500-ə yaxın müəssisədə aparılır.

"Monitorinqin nəticələrinə uyğun olaraq, xüsusilə respublikanın rayon və kəndlərində illər ərzində baxımsız vəziyyətdə, fəaliyyətsiz qalmış, təyinatı üzrə istifadə edilməyən mədəniyyət müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlərin görülməsi nəzərdə tutulur", - məlumatda vurğulanır.



Xəbəri paylaş

80 dəfə oxunub.

Digər xəbərlər