Saytımızı qiymətləndirin


 
 

Nazir: Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh sazişinin imzalanması önəm kəsb edir
Tarix: 31-07-2023 | Saat: 14:33
Bölmə:Karusel | çapa göndər

 

Nazir: Azərbaycan tərəfindən Ermənistana təklif olunan sülh sazişinin imzalanması önəm kəsb edir

“Post-münaqişə dövrdə Azərbaycan və Türkiyənin mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır. Azərbaycan tərəfindən Ermənistana təklif olunan ölkələrin qarşılıqlı əsasda suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipindən irəli gələrək sülh sazişinin imzalanması önəm kəsb edir”.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, Ermənistanın öz öhdəliklərinə zidd olaraq hərbi birləşmələrini çıxarılmaması, Zəngəzur dəhlizinin açılmasına maneə törətməsi, Qarabağda yaşayan ermənilərin hüquqlarının müdafiəsi adı altında Azərbaycanın daxili işlərinə qarışması, həmçinin Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiya olunmasına maneələr yaradılması bölgədə sülh və əmin-amanlığa qarşı ən vacib təhdidlər arasındadır.



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər