Saytımızı qiymətləndirin


 
 

Cənubi Koreya və ABŞ birgə hərbi təlim keçiriblər
Tarix: 29-07-2023 | Saat: 14:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Cənubi Koreya və ABŞ hərbçiləri Amerikanın “USS Annapolis” nüvə sualtı gəmisinin iştirakı ilə Çedju adasının sularında təlimlər keçiblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Təlimlər ərazidə KXDR sualtı qayığının görünməsinə cavab olaraq baş tutub.

“USS Annapolis” iyulun 24-də Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin Ceju şəhərindəki hərbi dəniz bazasına gəlib.

İyulun 20-də Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam xəbərdarlıq edib ki, “USS Kentucky” gəmisinin Pusana daxil olması Pxenyanın nüvə silahından istifadə etməsi üçün şərt ola bilər. Buna cavab olaraq iyulun 21-də Cənubi Koreyanın Çüdafiə Nazirliyi bəyan edib ki, Pxenyanın Seul və Vaşinqton müttəfiqliyinə qarşı nüvə silahından istifadəsi KXDR-in mövcudluğuna son qoyacaq.



Xəbəri paylaş

1183 dəfə oxunub.

Digər xəbərlər