Saytımızı qiymətləndirin


 
 

“Vaşinqton nüvə silahından istifadə edərsə…”- KXDR-dən ABŞ-a ultimatum
Tarix: 28-07-2023 | Saat: 12:00
Bölmə:Karusel / Dünya | çapa göndər

“Vaşinqton Pxenyana qarşı nüvə silahından istifadə edərsə, genişmiqyaslı böhranla üzləşəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Şimali Koreyanın müdafiə naziri Kan Sun Nam bayram paradında çıxışı zamanı deyib.

“Əgər ABŞ KXDR-ə qarşı hərbi güc tətbiq etməyə çalışarsa, onlar ağlına belə gətirmədikləri və heç vaxt qarşılaşmadıqları böhrana dözməli olacaqlar”, – nazir bildirib.

O əlavə edib ki, düşmən qüvvələrin təcavüzkar niyyətləri onlara bəllidir: “Vaşinqton Seul və Tokionun iştirakı ilə Asiya-Sakit Okean regionunda müstəqil ölkələrə qarşı yönələcək aqressiv hərbi blok yaratmağa çalışır. ABŞ NATO qüvvələrini açıq şəkildə Koreya yarımadası regionuna sürükləyir. Bu cür hərəkətlər, təkcə Şimali Koreyaya deyil, həm də qonşu ölkələrə təhlükə yaradır”.



Xəbəri paylaş

1140 dəfə oxunub.

Digər xəbərlər