Saytımızı qiymətləndirin


 
 

Çip istehsal edən fransız şirkətinin rəhbərləri həbs edildi- Rusiyaya texnologiya satdığına görə
Tarix: 27-07-2023 | Saat: 14:07
Bölmə:Karusel / Dünya | çapa göndər

Fransa hakimiyyəti “Ommic” şirkətinin fransalı və çinli rəhbərlərini həbs edib.

Qarabaginfo.az xəbər verir ki, buna səbəb hərbi sənayedə istifadə edilən gizli texnologiyaların Çin və Rusiyaya ötürülməsidir.

Çinli iş adamının nəzarətində olan “Ommic”in səhmləri də həbs edilib.

Bu barədə “Le Parisien” Fransa hakimiyyətinin araşdırmalarının nəticələrinə və məhkəmələrin qərarlarına istinadən yazıb.

“Ommic” Avropanın az sayda olan yarımkeçirici şirkətlərindən biridir. O, 5G avadanlığında, peyklərdə, o cümlədən tank və qırıcılarda radarlarda və raket yönləndirmə sistemlərində istifadə olunan super güclü, yüksək performanslı çiplər hazırlayır. Bu cür texnologiyalar diqqətlə qorunur və onların ixracına nəzarət edilir.



Xəbəri paylaş

1130 dəfə oxunub.

Digər xəbərlər