“Sabah”ın baş məşqçisi Latviyaya buraxılmaya bilər
Tarix: 25-07-2023 | Saat: 11:41
Bölmə:Karusel | çapa göndər
201 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 25-07-2023 | Saat: 11:41
Bölmə:Karusel | çapa göndər
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS klubu ilə qarşılaşacaq “Sabah” problemlə üzləşib.
Qarabaginfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev və məşqçilər korpusu adıçəkilən ölkəyə buraxılmaya bilər.
Buna səbəb onların Rusiya vətəndaşı olması və Latviyaya Avropa İttifaqına daxil olmayan ölkədən yollanmasıdır.
“Sabah”ın Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Qafqazinfo”ya açıqlamasında yalnız Latviyaya çatdıqları zaman vəziyyətin bəlli olacağını bildirib:
“Həmin ölkədə belə bir qanun var, amma biz bütün lazımi prosedurları yerinə yetirmişik. Hüququ cəhətdən bir çətinlik yoxdur. Viza məsələləri də qaydasındadır. Lakin hər şey paytaxt Riqaya çatdığımız zaman bilinəcək”.
Xəbəri paylaş
Digər xəbərlər
24-11-2025, 17:35
Aİ liderləri videokonfransda sülh planı və Rusiya aktivlərinin taleyini müzakirə edəcək
1-07-2022, 15:01
Pul bazamız 15 milyardı keçib
4-11-2022, 09:43
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
28-03-2019, 15:17
Nobel prospekti və Zığ şossesində yeni sola və geriyə dönmə yerləri yaradılıb - VİDEO
13-11-2024, 22:01
Zülfüqar Rüfətoğlu Londonda dəfn olunub
22-04-2021, 11:40
Sabah YAP MSK üzvlüyünə namizədlərini müəyyənləşdirəcək
26-08-2026, 10:28
Səhər beliniz ağrıyırsa, səbəb bu ola bilər– Döşəyinizi yoxlayın
24-03-2022, 07:39
NATO-dan Rusiyanın itkiləri ilə bağlı AÇIQLAMA: 40 minə qədər ola bilər
31-01-2022, 09:04
AB Bakıya da üz tutur: Qaz savaşı Xəzərə sıçrayır?



















