Ana Sayfa > Karusel > “Sabah”ın baş məşqçisi Latviyaya buraxılmaya bilər
“Sabah”ın baş məşqçisi Latviyaya buraxılmaya bilər25-07-2023, 11:41. Yazar: Admin |
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Latviyanın RFS klubu ilə qarşılaşacaq “Sabah” problemlə üzləşib.
Qarabaginfo.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev və məşqçilər korpusu adıçəkilən ölkəyə buraxılmaya bilər. Buna səbəb onların Rusiya vətəndaşı olması və Latviyaya Avropa İttifaqına daxil olmayan ölkədən yollanmasıdır. “Sabah”ın Mətbuat xidmətinin rəhbəri Elnur Həmidov “Qafqazinfo”ya açıqlamasında yalnız Latviyaya çatdıqları zaman vəziyyətin bəlli olacağını bildirib: “Həmin ölkədə belə bir qanun var, amma biz bütün lazımi prosedurları yerinə yetirmişik. Hüququ cəhətdən bir çətinlik yoxdur. Viza məsələləri də qaydasındadır. Lakin hər şey paytaxt Riqaya çatdığımız zaman bilinəcək”. Geri dön |