Tarix: 25-07-2023 | Saat: 10:06
Bölmə:Karusel | çapa göndər
“Tərtər işi” ilə bağlı ittiham olunan daha 5 nəfərin məhkəməsi başlayır.
Qarabaginfo.az xəbər verir ki, təqsirləndirilənlər- Fuad Axundov, Ramil Əhmədov, Cavid Ağadadaşov, Qurban Cümşüdov və Fuad Ağayevin cinayət işi üzrə toplanmış materiallar baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə 321 nəfər zərərçəkmiş kimi tanınıb.
Cinayət işi hakim Rafiq Abbasovun icraatına veürilib.
Qeyd edək ki, 2017-ci ildə bir qrup azərbaycanlı hərbçi Ermənistan xüsusi xidmət orqanlarına casusluq etməsi şübhəsi ilə Azərbaycan hüquq-mühafizə orqanları və ordunun vəzifəli şəxslərinin göstərişləri ilə Tərtər və ətraf ərazilərdə işgəncələrə məruz qalıb. Qeyri-rəsmi mənbələrdə işgəncəyə məruz qalan şəxslərin əhatə dairəsinin 1000-dan çox olduğu bildirilir.
Həmin şəxslərin ailələri və cəmiyyətin ictimai basqısından sonra “Tərtər işi”nin istintaqı 2021-ci ildə təzələnib. Məlum olub ki, vətənə xəyanətdə ittiham olunan şəxslərin çoxu məsumdur və onların əksəriyyəti bəraət alıb. Bir neçəsinə ölümündən sonra bəraət verilib.
Digər xəbərlər