Saytımızı qiymətləndirin


 
 

Hakan Fidan Lavrovla taxıl sazişini müzakirə etdi
Tarix: 18-07-2023 | Saat: 14:05
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Hakan Fidan Lavrovla taxıl sazişini müzakirə etdi

 

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

 

Söhbət zamanı taxıl sazişinin gələcəyi və meşə yanğınlarında istifadə olunacaq yanğınsöndürmə təyyarələrinin Rusiyadan alınması müzakirə edilib.

 

Qeyd edək ki, ötən gün Rusiya Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixrac etməyə imkan verən sazişdə iştirakını dayandırıb. Kreml sazişin Rusiya ilə bağlı hissəsinin yerinə yetirilmədiyini iddia edib və bu səbəbdən sazişdən çıxdığını açıqlayıb. Bununla belə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın sazişə qayıtması şərtini açıqlayıb. Ötən gün mətbuata açıqlama verən Putinin sözçüsü deyib ki, sazişin Rusiya ilə bağlı hissəsi həyata keçirilən zaman Moskva dərhal taxıl sazişinə qayıdacaq.



Xəbəri paylaş

1212 dəfə oxunub.

Digər xəbərlər
3-09-2022, 17:57 Qorbaçov dəfn edilib