Müdafiə Nazirliyinin yüksək vəzifəlilərinin işdən çıxarılması barədə xəbər yayılıb.
Bu iddia ilə çıxış edən Bizim.Media yazır ki, qurumun Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb.
Sayt qeyd edir ki, işdən çıxarılan digər şəxs isə müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur.
Müdafiə Nazirliyi xəbərə rəsmi reaksiya verməyib.