Saytımızı qiymətləndirin


 
 

Ağ Ev: İranla razılaşmaya yaxın deyilik
Tarix: 16-07-2023 | Saat: 22:43
Bölmə:Karusel / Dünya | çapa göndər

Ağ Ev: İranla razılaşmaya yaxın deyilik

Məhbusların azad edilməsi ilə bağlı İranla dolayı əlaqəmiz olub, lakin təəssüf ki, anlaşma əldə edə bilməmişik.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib. 

“Biz İranda haqsız yerə həbsdə olan dörd ABŞ vətəndaşının azad edilməsi üçün çox çalışmışıq. Onların azad olunması ilə bağlı razılığa gəlmək üçün İranla dolayı əlaqəmiz olub. Təəssüflər olsun ki, hələ də anlaşma əldə edə bilməmişik. Biz bunun üzərində işləməyə davam edirik. Ümid edirəm ki, bunu həyata keçirəcəyik”, - o qeyd edib.

 

Ağ Ev rəsmisi İranın nüvə proqramı ilə bağlı heç bir razılaşmaya yaxın olmadıqlarını vurğulayıb: “İranın nüvə proqramı ilə biz heç bir razılaşmaya yaxın deyilik”.

 

Ceyk Sallivan ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Mallinin Bayden administrasiyasına qayıdıb-qayıtmayacağı ilə bağlı suala da cavab verib: “Mövcud şərtlərlə danışa bilmərəm. O, bir çoxumuzun, o cümlədən mənim də dərin hörmət bəslədiyimiz biridir”.

 



Xəbəri paylaş

1154 dəfə oxunub.

Digər xəbərlər