Saytımızı qiymətləndirin


 
 

Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb
Tarix: 13-07-2023 | Saat: 21:56
Bölmə:Karusel / Qarabağ / Hadisə | çapa göndər

 Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.

Qurumdan Qarabaginfo.az-a verilən xəbərə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - deyə məlumatda qeyd olunub.

***

Saat 20:23

İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Qarabaginfo.az-a bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.



Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər