Saytımızı qiymətləndirin


 
 

Ermənistan “Artsax” adından imtina etdi
Tarix: 11-07-2023 | Saat: 11:16
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistan “Artsax” adından imtina etdi

“Ermənistanın ictimai televiziyası Dağlıq Qarabağ adından istifadə edir ki, bu da əsl çaşqınlığa səbəb olur. Çünki son vaxtlara qədər həmişə “Artsax” adından istifadə olunurdu”.

Bu sözləri Qarabağdakı qondarma qurumun “ombudsman”ı Qeqam Stepanyan Facebook səhifəsində yazıb.

O bildirib ki, Ermənistanın ictimai televiziyası uzun müddətdir ki, “Artsax”ı Dağlıq Qarabağla əvəzləyib. “Halbuki, “Svoboda” və “Sputnik Ermənistan”ın media orqanları”Artsax” adından istifadə edir. Çox vaxt beynəlxalq media nümayəndələri paralel olaraq hər iki addan istifadə edirlər. Çünki beynəlxalq hüquq hazırki hakimiyyətdən fərqli olaraq toponimləri və coğrafi adları dövlətlərin mülkiyyəti hesab etmir”, – deyə Stepanyan sərsəmləyib.

Yaxın vaxtlarda kanal Dağlıq Qarabağ sözündən də imtina edəcək. Çünki Azərbaycanda belə ərazi vahidi yoxdur.



Xəbəri paylaş

186 dəfə oxunub.

Digər xəbərlər