Tarix: 11-07-2023 | Saat: 11:09
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ukraynanın silah-sursatı tükənir. Ona görə də biz əlimizdən gəldiyi qədər bu ölkəni hərbi cəhətdən təchiz etməyə davam etməliyik.
Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Vilnüsdə NATO İctimai Forumunda çıxışında deyib.
Stoltenberq bildirib ki, Ukraynaya hərbi yardımın verilməsi ümumilikdə mürəkkəb prosesdir, burada söhbət silahların, ehtiyat hissələrin, yanacağın çatdırılması, verilən hərbi təchizata müvafiq qulluğun edilməsindən və digər logistik məsələlərdən gedir. O, eyni zamanda, əlavə edib ki, müharibə başlayanda müttəfiqlərin hərbi ehtiyatı kifayət qədər dolu olmayıb və hərbi istehsal sənayesi sürətli olmayıb: “Ona görə də indi hərbi təchizatın təminatı və istehsalı zaman alır. Döyüş sursatlarının təminatı problemlidir. Çünki müttəfiqlərin də ehtiyatları tükənir, ona görə də biz istehsalı qaldırmalıyıq. NATO olaraq buna fokuslanmışıq, İndi müttəfiqlər daha çox uzunmüddətli kontraktlar imzalayır. Aİ də bu istiqamətdə işlər görür və bütün bu səylərimiz tədricən nəticə verir.
Lakin digər bir fakt var ki, Ukraynanın sursatları da tükənir. Ona görə də biz bacardığımız qədər Ukraynanı silah-sursatla təmin etməyə davam etməliyik. Ancaq spesifik olaraq hansı silahlarla təmin etməliyik, bu, artıq individual olaraq dövlətlərin üzərinə düşən məsələdir. Məsələn, bəzi müttəfiqlərimiz kaset bombaları ilə bağlı Konvensiyanı imzalayıb, bəziləri yox. Müttəfiqlərin Konvensiya ilə bağlı öz mövqeyi var. Ancaq fakt ondan ibarətdir ki, bu silahdan müharibədə artıq iki ölkə də istifadə edib. Fərq odur ki, Rusiya bu silahı işğal üçün, Ukrayna isə özünü Rusiyadan müdafiə etmək üçün istifadə edir”, - Stoltenberq vurğulayıb.
Digər xəbərlər