Saytımızı qiymətləndirin


 
 

Brüssel danışıqları bərpa olunur - “ABŞ fürsətdən maksimum istifadə etməyə çalışır”
Tarix: 07-07-2023 | Saat: 12:48
Bölmə:Karusel / Siyasət | çapa göndər

Brüssel danışıqları bərpa olunur - “ABŞ fürsətdən maksimum istifadə etməyə çalışır”

“Brüssel görüşləri və bu formatın yenidən işə başlaması elə ABŞ-ın vasitəçiliyinin nəticəsidir. Çünki ötən il dekabrın 17-da Fransanın pozucu niyyətləri ucbatından Brüssel görüşləri qeyri-müəyyən müddətə təxirə salınmışdı. Hazırda isə görürük ki, Brüssel formatı öz effektivliyi ilə seçilir, habelə Avropa ittifaqı Şurasının prezidenti Şarl Mişel tərəfləri sülhə çağırır ki, sülhün də əsas təşəbbüskarı rəsmi Bakıdır. Çünki Azərbaycan sülh müqaviləsinin imzalanmasının 5 maddəlik prinsipini irəli sürüb və bu, baza rolunu oynayacaq”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, yaxın günlərdə keçirilməsi planlaşdırılan növbəti Brüssel görüşlərinin mümkünlüyündən, eləcə də Azərbaycanın Qarabağın dağlıq hissəsində mövcud olan qanunsuz erməni silahlılarının tərksilah edilməsi ilə bağlı səsləndirdiyi çağırışlardan söz açıb.

İ. Hüseynovun sözlərinə görə, Vaşinqtonda xarici işlər nazirləri səviyyəsində artıq ikinci görüş keçirildi:

“ABŞ-ın dövlət katibi Entoni Blinken, eləcə də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın moderatorluğu xüsusi diqqət çəkdi. Biz görürük ki, rəsmi Bakının tələbləri Vaşinqton tərəfindən qəbul olunur və onların icra mexanizmi araşdırılır”.

Analitik xatırladıb ki, Azərbaycanın əsas tələbi bundan ibarətdir ki, Qarabağ iqtisadi zonasındakı Ermənistan silahlıları bölgəni tərk etməlidir:

“Bu gün anti-terror əməliyyatları istiqamətində də çağırışlar edilir. Əlbəttə, bir suveren dövlətin ərazisində hansısa terrorçu ünsürlərin olması onlara qarşı preventiv tədbirləri diktə edir. ABŞ da vəziyyəti anlayaraq, Ermənistan tərəfinə təzyiq etməlidir. Bu gün ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Hətta Prezident İlham Əliyevin ABŞ-ın dövlət bayramı olan Müstəqillik Günü ilə bağlı amerikalı həmkarı Co Baydenə göndərdiyi məktubda da məhz strateji münasibətlər qeyd olunmuşdu.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın qaçaraq ABŞ-a səfər etməsi yenidən Vaşinqton razılaşmalarına baxmaq mahiyyəti daşıyır. Məhz ABŞ hazırda çox yaxşı fürsət əldə edib ki, regional sülhü və təhlükəsizliyi təmin etsin. Çünki Ermənistana edilən təzyiqlər sülhü daha da yaxınlaşdıracaq. Əlbəttə, ABŞ özünün geostrateji prioritetləri kimi sülhün əldə əldən olunmasına və sülh müqaviləsinin imzalanmasına nail olsa, bu, Vaşinqton üçün də gələcək əməkdaşlıq baxımından mühüm cəhdləri formalaşdırır.

Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycan mühüm rol oynayır. Bu baxımdan, burada sabit və dayanıqlı təhlükəsizlik mühiti məhz ABŞ-ın maraqları kontekstindədir. Bunun üçün də rəsmi Vaşinqton Rusiya-Ukrayna müharibəsi fonunda əlinə düşən fürsətdən də maksimum istifadə etməyə çalışır”.



Xəbəri paylaş

181 dəfə oxunub.

Digər xəbərlər