Saytımızı qiymətləndirin


 
 

Hakim də insandır, o da səhv edə bilər - Deputat
Tarix: 06-07-2023 | Saat: 13:57
Bölmə:Karusel / Səhiyyə | çapa göndər

Hakim də insandır, o da səhv edə bilər - Deputat

 

Ali Məhkəmə də digər məhkəmələr kimi yanıla bilir. Ona görə də məhkəmə üç pilləlidir ki, mübahisə iştirakçıları yenidən işə baxılması üçün doğru qərar çıxarılmasına nail ola bilsinlər.

 

Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

 

“Hər məhkəmənin, hər instansiyanın öz məhdudiyyəti var. Ali Məhkəmə onsuz da fakt məsələsini araşdırmır. Konstitusiya Məhkəməsi yalnız konstitusiya ilə bağlı uyğunluq və ziddiyyət məsələlərini həll edir. Problem ondadır ki, bizdə indiyə qədər konstitusiyanın əksər maddələrinin rəsmi şərhi yoxdur. Konstitusiya Məhkəməsinin qərarlarına baxdıqda əksər hallarda cari qanunvericiliyə şərh verilir. Yəni mən demirəm ki, Ali Məhkəmə qanunları poza bilər, poza bilir. Hakim də insandır, o da səhv edə bilər”,- deyə deputat çıxışında vurğulayıb.(modern.az)



Xəbəri paylaş

1227 dəfə oxunub.

Digər xəbərlər
26-08-2021, 16:17 XİN məlumat yayıb