Saytımızı qiymətləndirin


 
 

Moskvaya PUA hücumu oldu
Tarix: 04-07-2023 | Saat: 10:15
Bölmə:Karusel / Region | çapa göndər

Moskvaya PUA hücumu oldu

Ukrayna Silahlı Qüvvələri iyulun 4-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna bir neçə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edib. 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Moskvanın meri Sergey Sobyanin bildirib. 

O deyib ki, itki və dağıntı qeydə alınmayıb. 

Hücum Vnukovo hava limanı yaxınlığında yerləşən hərbi hissəyə və avia bazaya edilib. 

Hücumla əlaqədar hava limanının fəaliyyətində tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Aeroport hazırda adi iş rejimində işləyir. 

Xatırladaq ki, yerli vaxtla saat 05.10-dan Moskvanın Vnukovo hava limanına məhdudlaşdırcı tədbir həyata keçirilib. “Azur Air”, “UTair”, “Flydubai” şirkətlərinin təyyarələri Domodedovo hava limanına enib. Ümumilikdə, Vnukovo hava limanından 14 reys Moskvanın başqa aeroportlarına yönəldilib. 



Xəbəri paylaş

1113 dəfə oxunub.

Digər xəbərlər