Saytımızı qiymətləndirin


 
 

Rusiyada ikinci qiyam? - Putin hərəkətə keçdi
Tarix: 03-07-2023 | Saat: 08:13
Bölmə:Karusel / Siyasət | çapa göndər

Rusiyada ikinci qiyam? - Putin hərəkətə keçdi

“Yevgeni Priqojin daha Rusiyada hakimiyyəti ələ keçirmək üçün növbəti cəhdi edə bilməyəcək. Lideri olduğu “Vaqner” qrupu dağıdılır, Priqojinin özü isə sistemli şəkildə Rusiyadakı duruma təsir edə biləcək resurs və rıçaqlarından məhrum edilir”.

Qarabaginfo.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Mark Feyqin deyib.

Onun sözlərinə görə, Priqojinin arxasınca Belarusa getməyən “Vaqner” döyüşçüləri Rusiya ordusu ilə müqavilə bağlamağa məcbur olacaqlar və cəbhəyə göndəriləcəklər.

“Çox güman ki, “Vaqner” dağılacaq. Artıq indi olduğu kimi olmayacaq”, - Feyqin bildirib.

Ekspert qeyd edib ki, hazırda Rusiyada “Vaqner”ə bənzər güvənilən silahlı qruplaşmalar var, lazım gəldikdə bunlardan istifadə etmək mümkündür. Onun fikrincə, “Vaqner”in özünü saxlamağın mənası yoxdur, çünki bu təşkilat dünyanın bir çox ölkəsində ya cinayətkar, ya da terrorçu kimi tanınır.

“Priqojin hazırda Belarusdadır. Belarus haradır? Moskvanın “arxa bağça”sıdır. Orada onun hər yerində mikrofonlar olacaq. Ola bilsin, öz fəaliyyətini dayandırmaq şərtilə azad edilib”.

Feyqin vurğulayıb ki, hazırda Rusiya xüsusi xidmət orqanları Priqojinin yaxın ətrafını və general Surovikinlə əlaqələrini yoxlayır. Eyni zamanda, “Putinin aşpazı” Rusiyadakı gəlir mənbələrindən məhrum edilib.

“Ona qarşı böyük təpkilər var. Əl-ayağı bağlanır. Bu durumda necə yeni qiyam edə bilər? O, bu barədə düşünmədən öldürüləcək”./Teleqraf



Xəbəri paylaş

188 dəfə oxunub.

Digər xəbərlər