Saytımızı qiymətləndirin


 
 

Bakıda havanın temperaturu normadan yuxarı olub
Tarix: 29-06-2023 | Saat: 12:27
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Bakıda havanın temperaturu normadan yuxarı olub

İyunun 29-u saat 10:00-a olan məlumata əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Balakəndə düşən yağıntının miqdarı 10 mm, Göygöldə 9 mm, Daşkəsən, Gədəbəydə 8 mm, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 mm-dək olub.

 

Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.7 metrə çatıb.

 

İyunun 28-də Bakıda havanın maksimal temperaturu iqlim normasından 2 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti olub.



Xəbəri paylaş

1192 dəfə oxunub.

Digər xəbərlər