Saytımızı qiymətləndirin


 
 

Türk lirəsi yenə ucuzlaşdı 
Tarix: 22-06-2023 | Saat: 17:12
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Türk lirəsi yenə ucuzlaşdı 

Türkiyə Mərkəzi Bankının uçot dərəcəsi ilə bağlı qərarından sonra ölkədə dollar yenidən bahalaşmağa başlayıb. 

Qarabaginfo.az xəbər verir ki, Türkiyə lirəsi bir saat ərzində 3 faizdən çox ucuzlaşıb. 

Məlumata görə, birjalarda dolların məzənnəsi 24,31 lirəyə qədər yüksəlib.

Qeyd edək ki, Türkiyədə bu gün uçot dərəcələri 26 aydan sonra ilk dəfə artırılıb. Dərəcələr 6.5% artararaq 15%-ə çatdırılıb.

Ötən ay Türkiyədə keçirilən prezident seçkilərinin ardından Rəcəb Tayyib Ərdoğan ölkənin iqtisadiyyat komandasını dəyişib. Mehmet Şimşek maliyyə və xəzinə naziri, Hafize Gaye Erkan isə Mərkəzi Bankın sədri təyin edilib. Ərdoğan uçot dərəcələrinin aşağı olması ilə bağlı fikirlərinin dəyişmədiyini, ancaq iqtisadi komandanın qərarlarını qəbul etdiyini bildirib. 



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər