Saytımızı qiymətləndirin


 
 

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı
Tarix: 22-06-2023 | Saat: 11:51
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı

Bakı şəhəri və bölgələrdə yerləşən bir neçə lisey və gimnaziyanın V-VII siniflərinə mərkəzləşdirilmiş qaydada keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib.

 

Elm və Təhsil Nazirliyindən Qarabaqinfo.az-a verilən məlumata görə, şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış "Şəxsi kabinet"lərinə daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər.

 

Növbəti mərhələdə iştirak hüququ qazanmış şagirdlər 4 iyul saat 16:00-dək lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək mümkün deyil.

 

Qeyd edək ki, qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 25 iyun saat 12:00 tarixinədək [email protected] elektron ünvanı vasitəsilə qəbul edilir.



Xəbəri paylaş

1387 dəfə oxunub.

Digər xəbərlər