Saytımızı qiymətləndirin


 
 

İran da Ermənistan ərazisindən keçən kommunikasiya ilə razıdır - Amelidən Ərdoğanın iradına cavab
Tarix: 19-06-2023 | Saat: 15:06
Bölmə:Karusel / Region | çapa göndər

İran da Ermənistan ərazisindən keçən kommunikasiya ilə razıdır - Amelidən Ərdoğanın iradına cavab

"Möhtərəm Azərbaycan xalqı və Naxçıvan camaatı, İranın Ermənistan ərazisindən Azərbaycanla Naxçıvan arasında əlaqə marşrutu ilə bağlı heç bir problemi yoxdur. 20 ildən artıqdır ki, öz ərazisindən keçidə icazə verib. Biləsuvar və Culfanın ərazisindən yol müharibə və işğal zamanı olduğu kimi, indi də açıqdır".

Qarabaginfo.az xəbər verir ki, bunu Ərdəbilin imam-cüməsi Seyid Həsən Ameli bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın "Zəngəzur dəhlizinin açılmasına problemi Ermənistan deyil, İran yaradır" bəyanatına bu cür reaksiya verib:

"Hətta Ermənistan yolu verməkdən imtina edərsə, İranAzərbaycanı Naxçıvanla birləşdirəcək ən yaxşı yolu öz ərazisindən çəkməyə hazırdır. Bu yaxınlarda bununla bağlı narahatlığını bildirən Türkiyə hökumətinin qayğılanmasına heç bir əsas yoxdur, İran da Ermənistan ərazisindən keçən kommunikasiya ilə razıdır.

İranın özü də Azərbaycan, Naxçıvan və Türkiyəni birləşdirəcək, İran torpağından keçən yol çəkməyə hazırdır. Hər iki yolla Türkiyə hökuməti öz mallarını Orta Asiyaya rahatlıqla çatdıra bilər. Amma deyilsə ki, biz yollar istəmirik, yola sahiblik istəyirik, o halda, yəni əgər kimsə başqalarının torpaqlarına sahib olmaq istəyir, ölkəmizin sərhədlərini bağlamağı hökumətlərdən xahiş edərsə, bu, nə beynəlxalq qaydalara, nə də millətlərin və hökumətlərin milli suverenliyinə uyğun gəlir". 



Xəbəri paylaş

1117 dəfə oxunub.

Digər xəbərlər