Tarix: 14-06-2023 | Saat: 16:26
Bölmə:Karusel / İdman | çapa göndər
Azərbaycan idmançıları III Avropa Oyunlarına iyunun 20-də yola düşəcəklər.
Qarabaqinfo.az-ın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov yarışla bağlı təşkil olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan yarışda 13 idman növündə - oxatma (1 nəfər, Krakov şəhəri); badminton (4 nəfər, Tarnow şəhəri); çimərlik futbolu (12 nəfər, Tarnow şəhəri); boks (12 nəfər, Novı Tarq şəhəri); qılıncoynatma (12 nəfər, Krakov şəhəri); cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri); karate (8 nəfər, Bielsko-Biala şəhəri); muay-tay (4 nəfər, Myślenice şəhəri); kikboksinq (2 nəfər, Krakov şəhəri); padel (2 nəfər, Krakov şəhəri); atıcılıq (10 nəfər, Vroslav şəhəri); taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri); triatlon (1 nəfər, Krakov şəhəri) üzrə ümumilikdə 86 idmançı ilə təmsil olunacaq.
Qeyd edək ki, iyunun 21-də Polşanın Krakov şəhərində III Avropa Oyunlarına start veriləcək. Oyunlar müxtəlif növlər üzrə Polşanın 8 ayrı şəhərində keçiriləcək.
Digər xəbərlər