Saytımızı qiymətləndirin


 
 

Deputat müharibə əlillərinə yazılan cərimələrin silinməsini TƏKLİF ETDİ
Tarix: 13-06-2023 | Saat: 12:30
Bölmə:Karusel / Sosial | çapa göndər

Deputat müharibə əlillərinə yazılan cərimələrin silinməsini TƏKLİF ETDİ

 

I və II Qarabağ müharibəsi əlillərinə verilən avtomobillərə yazılmış cərimələrin silinməsi təklif edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxış edib.

 

“I və II Qarabağ müharibəsi qazilərinə dövlət tərəfindən verilən avtomobillər əvvəlki illərdə texniki baxışdan keçirilmirdi və bunu fürsət kimi dəyərləndirərək gələn cərimələri ödəməyiblər. Bu səbəblə illər ərzində həmin cərimələr çoxalıb. Hətta bir qazinin cəriməsi həmin vaxtdan bu yana 67 min manata çatıb. Bu da onların şəxsi məsuliyyətsizliyi səbəbindən olub. Çünki onların mütləq əksəriyyəti gələn SMS-lərə fikir verməyiblər. İnzibati Xətalar Məcəlləsində cərimələrin 5 il müddət keçdikdən sonra qüvvədən düşməsi ilə bağlı qanun mövcuddur və işləkdir. Onlar sadəcə prosesin sürətlənməsini xahiş edirlər. Çünki cərimələr çox olduğu üçün bəziləri avtomobillərin nömrəsini çıxarıb idarə edirlər. Bu da qayda pozuntusudur. Onlar xahiş edirlər ki, bu günə qədər olan cərimələri bağışlansın, bundan sonra hər hansı qayda pozuntusu baş verərsə hər biri ödənilsin “,- deyə deputat vurğulayıb.



Xəbəri paylaş

1132 dəfə oxunub.

Digər xəbərlər