Saytımızı qiymətləndirin


 
 

Ərdoğandan kritik qərar, ruslar qaçır, ermənilərin şok etirafları… – Modern.az-ın icmalı
Tarix: 06-06-2023 | Saat: 10:50
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ərdoğandan kritik qərar, ruslar qaçır, ermənilərin şok etirafları… – Modern.az-ın icmalı

 

İyunun 5-də Milli Məclisdə Mərkəzi Bank haqqında qanuna dair müzakirələr, illərdir davam edən "Nərmin işi" ilə bağlı yekun qərarın verilməsi, Türkiyənin güc strukturlarına təyinatlar və digər mövzular gündəmdə olub.

 

Qarabaginfo.az oxucuların marağını nəzərə alaraq, ötən günün icmalını təqdim edir:

 

Dünən Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Qərara əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, sülh müqaviləsi üzrə danışıqların başlanması Azərbaycanın təşəbbüsüdür, baza prinsipləri məhz Azərbaycan tərəfindən elan olunub, ilk sülh müqaviləsi layihəsini də Bakı təqdim edib: "Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunmasını qaçılmaz hesab edirik".

 

Nazir, həmçinin vurğulayıb ki, 2023-cü ilin yanvarında İrandakı səfirliyimizə qarşı törədilmiş terror hadisəsinin araşdırılması ilə bağlı Azərbaycan tərəfinin gözləntiləri var: "Eyni zamanda, bizə bir neçə dəfə İran tərəfindən diplomatik missiyamızın fəaliyyətinin bərpa olunması ilə bağlı müraciətlər daxil olub".

 

XİN başçısı əlavə edib ki, Ermənistanın hərbçilərimizi saxlaması etimad quruculuğuna növbəti zərbədir. Nazir hərbçilərin Ermənistan-Azərbaycan sərhədini çətin hava şəraiti səbəbindən keçdiklərini diqqətə çatdıraraq, məsələnin həm ikitərəfli, həm də digər görüşlərdə müzakirə edildiyini qeyd edib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış maddələrin sayı artıb.

 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da parlamentdə çıxışı zamanı önəmli açıqlamalar verib. O qeyd edib ki, Türkiyə ölkələr arasında münasibətlərin normallaşması prosesində danışıqlarda heç bir ilkin şərt irəli sürməyib. Erməni nazirin sözlərinə görə, qondarma "soyqırımı" məsələsi gündəmdə deyil və olmayıb: "Məqsəd münasibətlərin yekun həllidir".

 

Bundan əlavə, nazir deyib ki, Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmağa iddialı deyil: "Biz Qarabağ ermənilərindən onların gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Statusun müəyyən edilməsi məsələsinə də biz iddia etmirik və buna cəhd də etmirik".

 

Xarici İşlər Nazirliyinin yaydığı növbəti məlumatda bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İctimai Televiziyaya müsahibəsi zamanı növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla həm beynəlxalq ictimaiyyət arasında, həm də Ermənistan cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir.

 

Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasda çıxış edən deputat Əli Məsimli deyib ki, Azərbaycanda inflyasiya törədən amillər çoxdur, amma onların içində xaircdən gələn idxal inflyasiyasının payı çox yüksəkdir. Komitənin sədri Tahir Mirkişilinin sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov aprel ayında ölkədə 12.8% inflyasiya olduğunu diqqətə çatdırıb.

 

Komitədə “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanuna təklif edilən dəyişiklik müzakirə edilib. Yeni dəyişikliyə əsasən, Mərkəzi Bankın funksiyalarının sayının 9-dan 11-ə çatdırılması və yenidən müəyyən olunması təklif edilir. Həmçinin, Mərkəzi Bankın İdarə Heyəti Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərini Naxçıvan Muxtar Respublikasında müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndəsi ilə razılaşdırmaqla vəzifəyə təyin edəcək və vəzifədən azad edəcək.

 

Ötən gün Bakıda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başlayıb. Festival Beynəlxalq Türk Müəllifləri Birliyinin təşkilatçılığı, Azərbaycan Yazıçılar Birliyi (AYB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, AMEA, Bakı Şəhər İcra Hakimiyyəti, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TÜRKPA, Yunus Əmrə İnstitutu, İLESAM və digər qurumların dəstəyi ilə keçirilir.

 

Ermənistan və Azərbaycan XİN başçıları arasında danışıqların növbəti raundunun tarixi açıqlanıb. Məlumata görə, növbəti görüş iyunun 12-də Vaşinqtonda baş tutacaq. Lakin görüşün detalları barədə məlumat verilməyib.

 

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Proqrama əsasən, Naxçıvan Muxtar Respublikasında Azad iqtisadi zona yaradılacaq.

 

Yolda sürət həddini aşmaya görə cərimələr artırılır. Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.

 

Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.

 

Türkiyə Milli Kəşfiyyat Təşkilatına (MİT) yeni rəhbər təyin edilib. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə İbrahim Kalın bu vəzifəyə gətirilib. Digər qərara əsasən, Türkiyə Quru Qoşunlarının komandanı Musa Avsever Silahlı Qüvvələrin Ali Baş komandanının səlahiyyətlərini icra edəcək. Türkiyənin Müdafiə Sənayesi İdarəsinə də yeni sədr təyin edilib. İdarəyə Haluk Görgün rəhbərlik edəcək. O, bundan əvvəl Türkiyənin ən böyük müdafiə sənayesi şirkəti olan ASELSAN-ın sədri olub.

 

Türkiyə parlamentinin hakim siyasi qüvvələrinin spiker postuna namizədi bəlli olub. Bildirilir ki, AKP və MHP fraksiyaları parlament sədri vəzifəsinə Numan Kurtulmuşun namizədliyini irəli sürüb. Parlamentin sədri çərşənbə günü seçiləcək. Hazırda müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edir.

 

Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü olacaq. Bildirilib ki, görüş 20-21 iyul tarixlərində Astana şəhərində keçiriləcək. Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 7-də Soçiyə səfər edəcək. İyunun 7-9-da baş tutan səfər zamanı Paşinyan Avrasiya İqtisadi Birliyinin hökumət başçılarının iclasında iştirak edəcək

 

Ukrayna ordusu şərq cəbhəsində hücum əməliyyatları həyata keçirir. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib. O qeyd edib ki, Ukrayna müdafiəçiləri Baxmut bölgəsindən müxtəlif istiqamətlərdə irəliləyiblər. Nazir müavininin sözlərinə görə, bəzi yerlərdə hərbçilər 1600 metrə qədər ərazini ruslardan təmizləyib.


 

Ötən günün mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz: 

 

Erməni diversantların şok etirafları - VİDEO

İranın Rusiyaya silah satdığına dair ŞOK SƏNƏDLƏR

Azərbaycanda deputatı saxta pulla ALDATDILAR

Camaat əziyyət çəkir - Deputatdan bank rəhbərlərinə İRAD

İsrailli deputatlar Bakıdakı Kibertəhlükəsizlik Mərkəzində - FOTOLAR

Britaniyanın baş kəşfiyyatçısı Hakan Fidanın adına açılan saxta hesabı təbrik etdi

Yeni cərimələr tətbiq eiləcək - 12 min manatadək...

Ermənilər Laçındakı sərhəd məntəqəsindən belə keçirlər - VİDEO

Britaniya şahzadəsi 130 ildən sonra məhkəmədə ifadə verəcək

İranda saxlanılan Fərid Səfərlidən XƏBƏR VAR

Ordumuzun artilleriya rəisləri ilə toplanış keçirilib - VİDEO

Çavuşoğlu postunu Fidana təhvil verdi

Bu festival Türk dünyası üçün önəmlidir - Deputat

Qırmızı attestat almaq üçün bütün qiymətlər “5” olmalıdır - RƏSMİ

6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq

15-19 yaş arasında 2000-dən çox abort qeydə alınıb

Daha bir partiya fəaliyyətini dayandırdı - 23 oldular

Meyxanaçı tanınmış aparıcıya evlilik təklifi etdi - “HƏ” ALDI (VİDEO)

Türkiyə Mərkəzi Bankına xanım rəhbər gətirilir

CHP-nin yeni Mərkəzi İdarə Heyəti - TAM SİYAHI

Qoşunlar qaçır, biabırçılıqdır - Priqojin Şoyqunu cəbhəyə çağırdı

Azərbaycan NATO-nun iclasına dəvət olundu

Ərdoğan Sinan Oğana niyə vəzifə vermədi? – AKP-dən açıqlama

Ərdoğan özünə azərbaycanlı müşavir təyin edə bilər

Filosof, siyasətçi, musiqiçi və baş kəşfiyyatçı - İbrahim Kalın kimdir



Xəbəri paylaş

173 dəfə oxunub.

Digər xəbərlər