Saytımızı qiymətləndirin


 
 

“Rusiya dolların hegemonluğunu zəiflətdi”- ABŞ valyutasından imtina real görünürmü? (“Bloomberg”)
Tarix: 02-06-2023 | Saat: 12:20
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

“ABŞ sanksiyalar tətbiq etməklə və Rusiyanın qızıl-valyuta ehtiyatlarını dondurmaqla digər ölkələri dollardan asılılığını azaltmağa sövq edib”.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Agentlik xatırladır ki, beləliklə, Braziliya və Çin milli valyutalarda hesablaşmaları, Hindistan və Malayziya ticarət hesablaşmalarını Hindistan rupisi ilə həyata keçirmək qərarına gəliblər,

Çin və Fransa isə yuanla qaz ticarətinə dair ilk sazişi imzalayıblar. Bundan başqa, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN, Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin) regional ticarət və investisiyalarda üzv ölkələrin valyutalarından istifadənin artırılması barədə qərar qəbul edib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva hətta dolların hökmranlığını tənqid edib. Aprel ayında o, Şanxayda BRIKS bankının baş ofisində dünyanın ən böyük inkişaf etməkdə olan iqtisadiyyatlarını xarici ticarətdə dollara alternativ tapmağa çağırıb.

Beynəlxalq Hesablaşmalar Bankının məlumatına görə, bütün valyuta əməliyyatlarının təxminən 88 faizi dollarla həyata keçirilir.

“Bloomberg” qeyd edir ki, transsərhəd dollar axınını emal edən bankların Federal Ehtiyatda hesabları olduğundan onlar sanksiyalar riski altındadırlar.

ABŞ maliyyə naziri Canet Yellen aprel ayında etiraf etdi ki, dollarla bağlı maliyyə sanksiyaları tətbiq edildikdə, zaman keçdikcə bunun dolların hegemonluğunu poza biləcəyi riski var. Eyni zamanda, o qeyd edib ki, dollar təsadüfən dünya valyutası kimi istifadə olunmur və oxşar xassələrə malik əvəzedici tapmaq o qədər də asan olmayacaq.

“Bloomberg”in sorğusuna qatılan bazar müşahidəçilər də bu fikirdədir. Daha çox ölkə dollardan asılılığını azaltmağa çalışsa da, çox az adam onun qlobal ticarət və maliyyədəki hökmranlığının tezliklə təhlükə altında olacağını gözləyir. Birincisi, indiyə qədər hər hansı digər valyutanın eyni səviyyədə sabitlik, likvidlik və təhlükəsizlik təmin edə biləcəyinə dair çox az işarə var. İkincisi, ABŞ-ın dünyanın ümumi daxili məhsulunun 50 faizdən çoxunu təşkil edən inkişaf etmiş iqtisadiyyatlardakı müttəfiqlərinin böyük əksəriyyəti dollardan imtina etmək üçün heç bir təcili tədbir görmədilər.

“Üstəlik, reallıqda ötən il ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirdikdən sonra dolların əsas valyutalarının əksəriyyətinə nisbətdə bahalaşması, onun dünya statusunun azalmasının uzun bir proses olacağına işarədir”, – ekspertlər deyirlər.

“Mən heç olmasa gələcək nəsil üçün dolları dominant valyuta kimi əvəz edən heç bir aktiv görmürəm”, – “K2 Asset Management”in tədqiqat rəhbəri Corc Bubouras deyir.



Xəbəri paylaş

166 dəfə oxunub.

Digər xəbərlər