Pekin-2022: Azərbaycan idmançısı final mərhələsində çıxış edəcək
Tarix: 17-02-2022 | Saat: 00:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
1344 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-02-2022 | Saat: 00:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gün Azərbaycanın qadın fiqurlu konkisürəni Yekaterina Ryabova Pekin-2022 Qış Olimpiya Oyunlarının final mərhələsində çıxış edəcək.
Qarabaginfo.az-ın məlumatına görə, 19 yaşlı idmançı Bakı vaxtı ilə saat 14:00-da startı veriləcək yarışda sərbəst proqramda məharətini göstərməyə çalışacaq.
Ryabova buz üzərinə 10-cu çıxacaq. Konkisürən qısa proqramda 61,82 xalla 16-cı olub və "24-lüy"ə düşməyi bacardığı üçün sərbəst proqramda iştirak hüququ qazanıb.
Turnirin qalibi hər iki proqram üzrə xalların cəminə görə müəyyənləşir.
Qeyd edək ki, Azərbaycanın kişi fiqurlu konkisürəni Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.
Xəbəri paylaş
Digər xəbərlər
16-05-2024, 14:07
Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO
11-02-2021, 10:29
Ağdamın Qurdlar kəndi - VİDEO
26-05-2022, 15:35
Ştaynmayer: “Azərbaycan ölkəmizin enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır”
30-12-2017, 10:35
Tanınmış modelyerdən MƏSLƏHƏT: Yeni il gecəsi belə geyinin...
25-10-2021, 12:31
Sabah yağış, qar yağacaq, güclü külək əsəcək
18-09-2020, 17:39
Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyanın iş planı təsdiqlənib

















