Saytımızı qiymətləndirin


 
 

Ağ Ev Ukraynanın əks-hücuma nə vaxt keçəcəyini- AÇIQLADI
Tarix: 31-05-2023 | Saat: 17:53
Bölmə:Karusel / Siyasət / Region | çapa göndər

“Ukrayna bu yay əks-hücuma keçəcək”.

Qarabaginfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev ABŞ-dan əlavə silahların tez bir zamanda tədarükünə ümid edə bilər.

“Biz istəyirik ki, Ukrayna yayda hücuma hazırlaşarkən özünü müdafiə etmək üçün lazım olan hər şeyə sahib olsun. Ukraynaya hərbi texnikanın ötürülməsini, müdafiə sistemlərinin tədarükünü çox yaxın vaxtlarda reallaşdırmaq niyyətindəyik”, – Kirbi bildirib.



Xəbəri paylaş

176 dəfə oxunub.

Digər xəbərlər
18-10-2022, 13:56 Sabah hava necə olacaq?