Tarix: 30-05-2023 | Saat: 14:29
Bölmə:Karusel / Siyasət | çapa göndər
İlin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürüləcək.
Qarabaginfo.az xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.
Bildirilib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən, baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları).
2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir
Digər xəbərlər