Saytımızı qiymətləndirin


 
 

Rusiya Ukraynaya 31 PUA ilə hücum etdi - FOTOLAR
Tarix: 30-05-2023 | Saat: 10:58
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiya Ukraynaya 31 PUA ilə hücum etdi - FOTOLAR

 

Rusiya qüvvələri Ukraynada bu gecə 31 kamikadze pilotsuz uçan aparatı havaya buraxıb.

 

Qarabaginfo.az "Strana" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

PUA-lar İran istehsalı olan "Shahed-136"lardır. Bildirilib ki, 29 PUA məhv edilib. Demək olar ki, hamısı paytaxtın kənarında və ya Kiyev səmasında olub.

 

Kiyev vilayətinin polisi evlərə, mənzillərə, ofislərə, mağazalara, qarajlara və avtomobillərə ziyan dəyməsi ilə bağlı 50-dən çox məlumat qeydə alıb.

 

Həyatını itirən və yaralılar var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

 



Xəbəri paylaş

180 dəfə oxunub.

Digər xəbərlər