Tarix: 25-05-2023 | Saat: 15:58
Bölmə:Karusel / Dünya | çapa göndər
Bu gün Moskvada keçiriləcək görüşdə Azərbaycan, Rusiya və Ermənistan arasında sənədlər imzalanacaq.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
"Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikitərəfli görüşü olacaq. Bundan sonra biz Putin, Əliyev və Paşinyan arasında üçtərəfli görüşün olmasını gözləyirik", - Peskov deyib.
O, danışıqların yekununda sənədlərin imzalancağını diqqətə çatdırıb. Kreml rəsmisi sənədlərlə bağlı detalları açıqlamayıb.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Tərəflər Moskvada bir araya gələcəklər. Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
Digər xəbərlər