Saytımızı qiymətləndirin


 
 

Ərdoğanın qələbə qazanması şübhə doğurmur - Deputat
Tarix: 19-05-2023 | Saat: 15:11
Bölmə:Karusel / Gündəm | çapa göndər

 

Ərdoğanın qələbə qazanması şübhə doğurmur - Deputat

“Qardaş Türkiyə dövləti və xalqı prezident seçkilərinin ikinci turuna hazırlaşır. Seçkilərin birinci turu isə yüksək siyasi fəallıq şəraitində baş tutdu. Mayın 14-də keçirilmiş prezident və parlament seçkiləri türk xalqının milli iradəsinin ifadəsi oldu. Bu seçkilər qardaş ölkənin demokratik dəyərlərə sadiqliyini bir daha təsdiqlədi”.

 

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

 

Deputat bildirib ki, 100 yaşını qeyd edən Türkiyə Cümhuriyyəti yüksək səviyyədə baş tutmuş prezident və parlament seçkiləri ilə dünyaya demokratiya dərsi keçdi. Onun sözlərinə görə,  bəzi beynəlxalq dairələr Türkiyənin güclənməsini həzm edə bilmir. Ona görə də, qardaş ölkəni zəif düşürmək üçün xaricə məkrli planların hazırlanması da mümkündür. Bu mənada, türk xalqının seçkilərdə milli iradəsini sərbəst şəkildə ifadə etməsi beynəlxalq müstəvidə bəzi anti-türk dairələrin niyyətini puça çıxardı. 21 illik Ərdoğan iqtidarının xalqın böyük əksəriyyətinin etimadını qazanması mövcud siyasi elitaya Türkiyə cəmiyyətinin etimad göstərdiyinin təsdiqidir.

 

Fatma Yıldırım qeyd edib ki, bu gün dünyada söz sahibi olan dövlətlərdən biri də qardaş Türkiyədir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AK Parti hakimiyyəti Türkiyəni daha da gücləndirib. Təsadüfi deyil ki, Türkiyədən iştirakı olmadan regionda hər hansı təşəbbüslərin reallaşması mümkün deyil. Bu gün dünyada Türkiyə ilə hesablaşmağa məcburdurlar. Bundan sonra da, böyük hədəflərimizə çatmaq üçün siyasi sabitlik və iqtisadi inkişafın qorunması çox önəmlidir. Bu istiqrarın saxlanılmasında cənab Ərdoğanın liderliyi böyük önəm kəsb edir. Parlament seçkilərində AK Parti böyük qələbə qazandı. Prezident seçkilərinin birinci turunda cənab Rəcəb Tayyib Ərdoğan səs çoxluğu ilə öndə oldu. İkinci turda da türk xalqının milli iradəsinin qalib gələcəyinə tam inanırıq. Artıq yerli və xarici ekspertlərin də təhlillərindən göründüyü kimi, prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması şübhə doğurmur.

 

“Məlumdur ki, dünyanın siyasi liderləri arasında ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarını və Cumhur İttifaqını ən çox səs toplaması münasibəti ilə təbrik etməsi iki xalqın sarsılmaz və səmimi qardaşlıq münasibətlərinin parlaq nümunəsidir. Dövlətimizin başçısı qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə Cümhuriyyəti böyük inkişaf yolu keçib və bunun təzahürü olaraq qardaş Türk xalqı öz liderinə bu seçkilərdə də etimad göstərib. Ümumiyyətlə, bugünkü münasibətlərimiz  böyük  öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və  Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Azərbaycanla Türkiyə hər zaman bir birinin yanındadır. Xalqımız 44 günlük Vətən müharibəsində qardaş Türkiyənin dəstəyini heç vaxt unutmur və unutmayacaq.  Türkiyədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında, xilasetmə işlərində isə dövlətimizin dəstəyi, zəlzələdən zərərçəkmiş insanlara yardım üçün vətəndaşlarımızın fədakarlığı birliyimizin sarsılmazlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan və Türkiyə bütün dünyaya nümayiş etdirir ki, dostluğumuz və qardaşlığımız sarsılmazdır”, -deyə deputat vurğulayıb.



Xəbəri paylaş

199 dəfə oxunub.

Digər xəbərlər
11-11-2020, 13:36 Bəxtiyar Hacıyev yazır