Saytımızı qiymətləndirin


 
 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Türkiyədə izlədiyi seçki prosesindən danışıb
Tarix: 17-05-2023 | Saat: 21:49
Bölmə:Karusel / Region | çapa göndər

 

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Türkiyədə izlədiyi seçki prosesindən danışıb

“ATƏT-in dəvəti üzrə mayın 9-da müşahidə şurasının tərkibində Ankarada olduq. Prosedura uğun olaraq təlimatlar oldu. Məni Fransadan olan xanımla birgə Adana vilayətinə göndərdilər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azər Həsrət Türkiyədə ATƏT-in müşahidəçisi kimi izlədiyi seçki prosesindən danışarkən deyib.

“Bizimlə birgə daha 6 nəfər də Adana vilayətinə göndərildi. Daha sonra biz iki heyət olaraq Mersinə yollandıq. Səsvermə günü ilkin müşahidələrimizə görə fəallıq müşahidə olunurdu. Binada bir neçə məntəqə var idi. İlk saatlardan bizə hər hansı əngəl yaradılmadı. Saat 8-dən sonra da hər hansı pozuntuya rast gəlmədik. Gün ərzində ümumilikdə 9 məntəqədə seçki prosesini izlədik. Küçədən keçən hər kəs gəlib seçki nəticələrinin yoxlanılmasında iştirak edə bilərdi. Seçicilərin yazdığı adlar açıq şəkildə sonda göstərilirdi”, - deyə Azər Həsrət qeyd edib.

 



Xəbəri paylaş

178 dəfə oxunub.

Digər xəbərlər