Pulu verilmiş silahların Ermənistana çatmaması üçün Kremlin siyasi qərarı var?.. -RƏSMİ
Tarix: 16-05-2023 | Saat: 15:05
Bölmə:Karusel / Region | çapa göndər
1161 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-05-2023 | Saat: 15:05
Bölmə:Karusel / Region | çapa göndər

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Rusiyadan sifariş verdiyi və pulunu ödədiyi silah-sursatı ala bilmir.
Bir nüddət öncə jurnalistlər parlamentdə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryandan Rusiyadan silahların niyə göndərilmədiyini, bundan sonra gəlib-gəlməyəcəyini, pulun qaytarılıb-qaytarılmayacağını soruşublar.
Qarabaginfo.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
“Bəli, Ermənistana həqiqətən də silahlar gəlməyib. Məsələnin aydınlaşdırılması üçün işlər gedir və biz o işləri davam etdirməyə çalışırıq. Bu açıqlamaya əlavə edəcəyim heç nə yoxdur. Bağışlayın, ətraflı məlumat verə bilmərəm... Bəli, pul verilib, lakin silahlar gəlməyib” - Mnatsakan Səfəryan belə cavab verib.
Jurnalistlərin “Rusiyada silah-sursat çatışmazlığı problemi olduğundan sözügedən silahlar Ermənistana çatdırılmır, yoxsa Rusiya hakimiyyətinin başqa səbəbdən bu barədə siyasi qərarı var?” sualını isə Səfəryan bu cür cavablandırıb: "Deyə bilmərəm..."
(Moderator.az)
Xəbəri paylaş
Digər xəbərlər
6-09-2023, 13:01
Blinken Ukraynaya şad xəbər verəcək? - 1 milyard...
16-01-2018, 18:17
KİV: “Real Madrid”in prezidenti Kriştianu Ronaldunu satmağa hazırdır
29-10-2021, 13:58
Narkotik satışını həyata keçirən şəbəkəyə daxil olan 3-ü qadın olmaqla 17 nəfər tutulub - VİDEO
28-10-2024, 22:38
Geoloji Kəşfiyyat Agentliyi qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru sürüşməsinə münasibət bildirib
20-05-2025, 10:01
Azərbaycan bu il 17 ölkəyə 8 mln. tondan artıq neft ixrac edib - SİYAHI
22-08-2022, 18:50
V İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr göstərən idmançılar və məşqçiləri mükafatlandırılacaq
10-03-2022, 18:09
"Kaspersky" "Formula-1"dən xaric edilib
12-05-2024, 09:48
Britaniya Ukraynaya rekord həcmdə hərbi yardım ayırıb














