Ana Sayfa > Karusel / Region > Pulu verilmiş silahların Ermənistana çatmaması üçün Kremlin siyasi qərarı var?.. -RƏSMİ 

Pulu verilmiş silahların Ermənistana çatmaması üçün Kremlin siyasi qərarı var?.. -RƏSMİ 


16-05-2023, 15:05. Yazar: Admin
Pulu verilmiş silahların Ermənistana çatmaması üçün Kremlin siyasi qərarı var?.. -RƏSMİ 
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan etmişdi ki, Ermənistan Rusiyadan sifariş verdiyi və pulunu ödədiyi silah-sursatı ala bilmir. 
Bir nüddət öncə jurnalistlər parlamentdə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryandan Rusiyadan silahların niyə göndərilmədiyini, bundan sonra gəlib-gəlməyəcəyini, pulun qaytarılıb-qaytarılmayacağını soruşublar.
 
Qarabaginfo.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
 
“Bəli, Ermənistana həqiqətən də silahlar gəlməyib. Məsələnin aydınlaşdırılması üçün işlər gedir və biz o işləri davam etdirməyə çalışırıq. Bu açıqlamaya əlavə edəcəyim heç nə yoxdur. Bağışlayın, ətraflı məlumat verə bilmərəm... Bəli, pul verilib, lakin silahlar gəlməyib” - Mnatsakan Səfəryan belə cavab verib.
 
Jurnalistlərin “Rusiyada silah-sursat çatışmazlığı problemi olduğundan sözügedən silahlar Ermənistana çatdırılmır, yoxsa Rusiya hakimiyyətinin başqa səbəbdən bu barədə siyasi qərarı var?” sualını isə Səfəryan bu cür cavablandırıb: "Deyə bilmərəm..."
(Moderator.az)

Geri dön