Tarix: 15-05-2023 | Saat: 16:20
Bölmə:Karusel / Dünya | çapa göndər
Mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərində istifadə edilən bülletenlərin demək olar ki, hamısı sayılıb. İlkin nəticələrə görə, ölkənin hazırkı prezidenti, "Cümhur İttifaqı"nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, CHP lideri, "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlu 45 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs toplayıb.
Parlament seçkilərində isə “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs qazanıb. Seçkilərdə baryer 7% olduğundan yalnız ilk üç ittifaqda təmsil olunan partiyalar parlamentə daxil olmağı bacarıb. 600 deputat mandatı uğrunda seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.
Son rəsmi nəticələr hələlik açıqlanmayıb. İlkin nəticələr göstərir ki, prezident seçkilərinin ilk turunda heç bir namizəd mütləq səs çoxluğu (50%+1) qazana bilmədiyi üçün iki həftədən sonra ikinci tur keçiriləcək. Bu raundda Ərdoğan və Kılıçdaroğlu yarışacaq, ən çox səs toplayan namizəd isə Türkiyə prezidenti postuna yiyələnəcək.
Türkiyədə davam edən seçki prosesi Azərbaycanda da diqqətlə izlənilir. Milli Məclisin deputatları, siyasi partiyaların rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri seçkilərlə bağlı müxtəlif paylaşımlar edib, proqnozlar irəli sürüblər.
Ümumilikdə 14 may seçimləri nəticələrini necə qiymətləndirmək olar? İkinci turda hansı namizəd daha şanslıdır?
Bu barədə Qarabaqinfo.az-a danışan deputat Azər Badamov deyib ki, seçicilərin çoxunun Ərdoğana səs verməsi Türkiyə xalqının siyasi idarəsini göstərir.
"Çox güman ki, seçkilər ikinci tura qalacaq. Çünki bu gün açıqlanan nəticələrə görə heç bir namizəd 50 faizdən yuxarı nəticə göstərməyib. Bütün bunlara baxmayaraq, keçirilmiş seçkilərdə Türkiyə xalqı qazandı. Seçicilərin əksəriyyəti "Cümhur İttifaqı"na, yəni Ərdoğanın iqtidarına səs verdilər. Bu da onların parlamentdə üstünlük qazanmasına gətirib çıxardı. Prezidentlikdə isə yenə üstünlük AKP-dədir", - deyə o bildirib.
A.Badamov vurğulayıb ki, seçkilər ikinci tura qalsa da, sonda Rəcəb Tayyib Ərdoğan qazanacaq:
"Çünki Türkiyənin son 20 ildə keçdiyi uğurlu yolun müəllifi Ərdoğandır. Bu gün dünyada öz gücünü nümayiş etdirə bilən, sözünün sahibi olan və dünya ölkələrinin hesablaşdığı bir Türkiyə var. Türkiyə xalqı bunu yüksək dəyərləndirir. Onlar keçirilmiş seçkidə iqtidara səs verməklə bunu nümayiş etdirdi. İkinci tur olsa belə, qalib Rəcəb Tayyib Ərdoğan olacaq. Sinan Oğanın seçki nəticələri ilə bağlı verdiyi açıqlamada qeyd olundu ki, hər iki tərəflə danışıqlar apardıqdan sonra qərarını verəcək. Hesab edirəm ki, Sinan Oğan hər halda hazırkı iqtidara dəstək verib, onun yanında olacaq. Hətta ikinci turda Sinan Oğan Rəcəb Tayyib Ərdoğana dəstək verməsə də, yenə də o qalib gələcək".
Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, ikinci turda Rəcəb Tayyib Ərdoğan qalib gələcək:
"Mən hələlik bütün nəticələr açıqlanmayana qədər seçkilərin ikinci tura qalacağını deyə bilmərəm. Düşünürəm ki, seçkinin nəticələri birinci turda yekunlaşacaq və Ərdoğan 50%-in üzərində səs qazanacaq. Türkiyə daxilində 0,6 faiz, ölkə xaricində isə 1500-dən yuxarı sandıq hələ açılmayıb. Ərdoğanın indiki səs faizi 49,42-dir. Bu nəticədən də ehtimal etmək olar ki, açılan qutular hazırkı prezidentin qalibiyyətini təmin etsin. Əgər seçkilər ikinci tura qalarsa, yəni namizədlərdən kimsə 50 faizdən yuxarı səs toplamasa, növbəti turda Ərdoğanın qalib gəlməsi şübhəsizdir. Bu seçkilərdə həlledici fiqur tək seçicilərdir. Əgər parlament seçkilərində "Cümhur İttifaqı" 321 səslə çoxluq əldə edibsə, prezident seçkilərində də bunun analogiyasını görəcəyik. Həmçinin, parlament seçkilərində öz namizədliyinə başı qarışmış Türkiyənin önəmli fiqurları bir yerdə Ərdoğanın səs kampaniyasında iştirak edəcək".
Ağ Partiyanın sədri Tural Abbaslının fikrincə, Azərbaycan dövləti və xalqı Ərdoğanın seçilməsini istəyir:
"Demokratik seçkilərdə nəticələrin dəqiq deyilməsi uyğun deyil. Çünki xalqın kimə səs verəcəyini əvvəlcədən demək olmur. Artıq demək olar ki, 49,4 faiz səslə Rəcəb Tayyib Ərdoğan irəlidədir. Onu da qeyd etmək lazımdır ki, açılmamış səslər də çox az qalıb. Böyük ehtimalla seçkilər ikinci tura qalacaq. Təbii ki, Azərbaycan dövlətinə və xalqına sərf edərdi ki, Ərdoğan qalib gəlsin və yarıda qalan işlər davam etsin".
O qeyd edib ki, ikinci turda böyük ehtimalla Ərdoğan qalib gələcək:
"Adətən birinci turda öndə olan namizdələr ikinci turda qalib gəlirlər. Nəzərə alsaq ki, parlamentdə də çoxluğu "Cümhur İttifaqı" ələ alıb, türk seçicilərin də buna diqqət edəcəyi istisna deyil. Tutaq ki, qatı CHP tərəfdarı olmayan adi bir seçici birinci turda Kılıçdaroğluna səs verməsinə baxmayaraq, ikinci turda Ərdoğana səs verə bilər. Çünki düşünəcək ki, parlamentdə "Cümhur İttifaqı" çoxluq təşkil edirsə, prezident də oradan olmalıdır ki, stabillik olsun. Eyni zamanda Sinan Oğanın səslərinin böyük bir hissəsinin Ərdoğana gedəcəyinə əminəm. Düşünürəm ki, Rəcəb Tayyib Ərdoğan ikinci turda mütləq qalib gələcək. Adətən oturuşmuş demokratiyalarda ikinci tura çıxa bilməyən namizədlərin açıqlaması, kimə səs verməsini söyləməsi önəmli olur. Biz görürük ki, Ərdoğanın 0,6 faiz səsi çatmır. Bunu da əldə etmək üçün Sinan Oğanla və ya xüsusi blokla danışıqlara getməyə ehtiyac yoxdur. Hər halda həm Sinan Oğanın və Muharrem İncenin müraciətləri önəmli olacaq. Çünki Oğana gedən səslərdə İncenin dəstəkçilərinin də olduğunu bilirik. Ancaq mən düşünmürəm ki, bu məsələdə Sinan Oğanın səsi həlledici olacaq".
Deputat Nəsib Məhəməliyev isə düşünür ki, Ərdoğanın qalib gəlməsi üçün Sinan Oğanın dəstəyi mühümdür.
"May ayının 28-də Türkiyədəki seçkilərin ikinci turu keçiriləcək. Burada Ərdoğanın qalib gəlməsi üçün seçkilərdə 5 faizdən artıq nəticə əldə edən ATA İttifaqının nümayəndəsi olan Sinan Oğanın dəstəyi vacibdir. Onun kifayət qədər ciddi olan səslərini əldə etmək üçün hər iki tərəf Sinan Oğanla danışıqlar aparmalıdır. Sinan Oğanın səslərini qazanmaq üçün dövlət idarəetmə sisteminə daha aktiv şəkildə cəlb etməlidir. Onun peşəkarlığından və siyasətçi kimi nüfuzundan istifadə olunmalıdır. Ancaq bu halda Türkiyə cəmiyyətində ictimai-siyasi sabitlik bərpa oluna bilər",- deyə deputat söyləyib.
Parlamentari əlavə edib ki, "Cümhur İttifaqı"nın Sinan Oğanla əməkdaşlığ etməsi faydalı olar:
"Mən dünən onun çıxışına baxdım və deyə bilərəm ki, irəli sürdüyü 4 şərt kifayət qədər Türkiyə dövlətinin idarə olunması və inkişafı üçün vacib şərtlərdir. Bunlar terrorçuluqla mübarizə, onlara dəstək verən qüvvələrlə əlaqə qurulmasının məhdudlaşdırılması, eyni zamanda təhsil sistemində reformların aparılması, din xadimlərinin təhsildən kənarlaşdırılması, suriyalıların, əfqanıstanlıların öz ölkələrinə qayıtması üçün şərtlərdir. Arzuolunandır ki, Ərdoğan hakimiyyəti Sinan Oğanla birlikdə işləsin və imkan verməsin ki, qarşı tərəf hansısa yalançı vədlər hesabına onun səslərini qazansın. Çünki bu, Türkiyə üçün modern.az
Digər xəbərlər